09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Azərbaycanda daha 124 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib
Tarix: 17-08-2020 17:42 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 124 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 124 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 042 nəfər müalicə olunaraq sağalıb, 508nəfər vəfat edib, aktiv xəstə sayı 1 793 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 153, ötən müddət ərzində isə ümumilikdə 836 908 test aparılıb.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq