09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Təhsil Nazirliyindən dərslərin başlanması ilə bağlı daha bir açıqlama: "Bizdə “yaşıl” zona yoxdur"
Tarix: 17-08-2020 18:59 | Bölmə: Cəmiyyət
Təhsil Nazirliyindən dərslərin başlanması ilə bağlı daha bir açıqlama: "Bizdə “yaşıl” zona yoxdur"

“Biz də istəyirik ki, bütün uşaqlar öyrəşdikləri formada məktəbə getsinlər, təhsil alsınlar”.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, dağ rayonları da “sarı” zonada yerləşir: “Burada post qurulmayıb deyə “narıncı” zonadan virus daşıyıcıları ora daxil olub kəndi yoluxdura bilər. Ölkə “sarı” və “narıncı” zonadan ibarətdir. Bizdə “yaşıl” zona yoxdur. Təhsilin əvvəlki formada təşkili isə yalnız “yaşıl” zonada mümkündür”.

O qeyd edib ki, internetə çıxışı olmayan yerləri nəzərə alaraq tele-dərsləri davam etdiriləcək.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq