09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
Tarix: 17-08-2020 19:29 | Bölmə: Cəmiyyət
Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır

Avqustun 18-dən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start veriləcək.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, valideynlər (digər qanuni nümayəndələr) "mektebeqebul.edu.az" elektron sistemindən övladının şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçə bilərlər.

Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq