09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Qabiliyyət imtahanına qeydiyyat sabah başa çatır
Tarix: 20-08-2020 12:07 | Bölmə: Cəmiyyət
Qabiliyyət imtahanına qeydiyyat sabah başa çatır

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər, o cümlədən, ali təhsil müəssisələrinə XQTİ-yə qəbul olmaq istəyən subbakalavrlar qabiliyyət imtahanlarında iştirak etmək üçün 21 avqust 2020-ci il tarixlərinədək verilən link (http://eservices.dim.gov.az/erizebak/qabiliyyet) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Reyting.az-a bildirilib ki, qeydiyyat linki 21 avqust 23:59-adək aktiv olacaq.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq