16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Dəhşətli hadisə: uşağın cinsiyyətini öyrənmək üçün qadının qarnını yarıb - Foto
Tarix: 22-09-2020 12:24 | Bölmə: Cəmiyyət
Dəhşətli hadisə: uşağın cinsiyyətini öyrənmək üçün qadının qarnını yarıb

Beş qız atası hamilə olan xanımının bətnindəki körpənin cinsiyyətini öyrənmək üçün qadının qarnını yarıb.

Reyting.az
xəbər verir ki, hadisə Hindistanın Uttar Pradeş əyalətində baş verib.

NDTV televiziya kanalına danışan Pravin Sinq Kauhan adlı polis rəisi əyalətin Budaun qəsəbəsində yaşayan 35 yaşlı qadının durumunun ağır olduğunu deyib.

Yeddi aylıq hamilə olan və qarnının kəsici alətlə yarıldığı deyilə ananın körpəsinin durumu haqda məlumat verilməyib.

Pravin Sinq Kauhan hadisənin cümə ertəsi günü baş verdiyini, hadisəni törədən Pannalal adlı şəxsin həbs edildiyini deyib. Bu şəxsin oğul atası olmaq istədiyi və cinayətə də bu səbəbdən əl atdığı bildirilir.

Dehlidəki Asiya İnsan Haqları Mərkəzinin araşdırmasına görə, Hindistan yeni doğulan qız uşaqlarının ən çox öldürüldüyü ölkələr siyahısında yer alır.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}