546 şagird, 186 təhsil işçisi koronavirusa yoluxub
Tarix: 16-10-2020 11:55 | Bölmə: Cəmiyyət
546 şagird, 186 təhsil işçisi koronavirusa yoluxub

Təhsil naziri Emin Əmrullayev indiyədək Azərbaycanda koronavirusa yoluxmuş şagirdlərin və işçi heyətin sayını açıqlayıb.

Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında bildirib ki, oktyabrın 15-nə qədər 546 şagird, 186 təhsil işçisi koronavirusa yoluxub.

Nazir 1597 şagirdin COVID-19 xəstəsi ilə təmasda olduğunu deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}