İki qurumun mətbuat katibi koronavirusa yoluxub
Tarix: 15-12-2020 17:35 | Bölmə: Cəmiyyət
İki qurumun mətbuat katibi koronavirusa yoluxub

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev (Aydınoğlu) koronavirusa yoluxub.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, o, bu barədə özü məlumat yayıb.

"Çalışın, özünüzü qoruyun. Bu, çox amansız xəstəlikdir. Arxayın olub, müalicəni yarımçıq saxlamayın. Vitaminlər, bol maye, güclü yeməklərlə maksimum hərəkətdə olun. Passivləşməynizə imkan verməyin. Hər nə olur-olsun, yüksək əhval-ruhiyyəni qoruyun. Ağrıları dözülməzdir, amma təslim olmaq olmaz!", - o qeyd edib.

Məlumata görə, “Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayevin də bir neçə gün əvvəl verdiyi koronavirus testinin nəticəsi müsbət çıxıb.

Hazırda hər iki mətbuat katibi ev şəraitində müalicə olunur.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq