ÜST Azərbaycanda koronavirusa yoluxma ilə bağlı həyəcan təbili çalır
Tarix: 16-12-2020 12:13 | Bölmə: Cəmiyyət
ÜST Azərbaycanda koronavirusa yoluxma ilə bağlı həyəcan təbili çalır

“Müharibə və koronavirus pandemiyası Azərbaycanın səhiyyə sisteminə yük yaradıb”.

Reyting.az
xəbər verir ki, bunu virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, tibb işçiləri arasında COVID-19-a yoluxma və ölüm qeydə alınır:

“Onların təhlükəsizliyi və COVID-19-dan qorunması çox vacibdir”.

“Azərbaycanda koronavirusa yoluxma hər kəsi narahat edir. Bununla da bəzi xəstəxanalar COVID-19 üçün ayrılıb. Əksər bölgələrdə avadanlıq və testlər kifayət qədərdir.

Bəzi bölgələrdə laboratoriyaya tələblərin artması səbəbindən diaqnostik test nəticələri daha gec əldə edilir”, - deyə o vurğulayıb.(virtualaz.org)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq