Ölkədə daha iki gün ictimai nəqliyyat işləməyəcək
Tarix: 16-01-2021 00:13 | Bölmə: Cəmiyyət
Ölkədə daha iki gün ictimai nəqliyyat işləməyəcək

Bu gündən yanvarın 18-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Reyting.az
xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvarın 18-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq