Dörd aydan çox komada olan Qarabağ döyüşçüsü vəfat edib - Foto
Tarix: 12-02-2021 21:35 | Bölmə: Cəmiyyət
Dörd aydan çox komada olan Qarabağ döyüşçüsü vəfat edib

Dörd aydan çoxdur komada olan Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlu vəfat edib.

Məlumata görə, 24 yaşlı Sumqayıt sakini T.İsmayılzadə müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə yüksəlib.

Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısıdır. 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.

Mərhum sabah Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn ediləcək/APA.

Allah rəhmət eləsin!





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq