Kür çayında suyun səviyyəsi azalır - Fotolar
Tarix: 14-02-2021 14:34 | Bölmə: Cəmiyyət
Kür çayında suyun səviyyəsi azalır

Kür çayında suyun səviyyəsi xeyli azalıb.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, son günlər çayda suyun səviyyəsi sürətlə aşağı düşməyə başlayıb. Bu, daha çox Kürün Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur. Belə ki, son bir neçə gündə çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 1,7 metr aşağı düşüb. Nəticədə Kürün müxtəlif yerlərində adacıqlar əmələ gəlib.

Bununla yanaşı, sahilboyu quraşdırılmış su nasoslarının tam gücü ilə işləməsində çətinliklər yaranıb.

Mütəxəssislər hesab edir ki, çayda enmələr bu templə davam etsə, yaz və yay aylarında əkin sahələrinin suvarılmasında yenidən çətinliklər yarana bilər.

Qeyd edək ki, bir ay əvvəl Kürdə suyun səviyyəsi 3,6 metr qalxmışdı.







Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq