Göygöldə avtobus qəza törədib, yaralılar var
Tarix: 14-02-2021 17:31 | Bölmə: Cəmiyyət
Göygöldə avtobus qəza törədib, yaralılar var

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusu “Mercedes Sprinter” idarə etməni itirib. Nəticədə avtobus ağaca çırpılıb.

Qəza zamanı 1984-cü il təvəllüdlü Həsənov Tofiq, 1985-ci il təvəllüdlü Bayramov Mehman və 1967-ci il təvəllüdlü Mirzəyev Cahid xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan sonuncunun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır/APA.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq