Təhsil nazirindən müəllimlərin işə qəbulu ilə bağlı - Açıqlama
Tarix: 15-02-2021 10:44 | Bölmə: Cəmiyyət
Təhsil nazirindən müəllimlərin işə qəbulu ilə bağlı - Açıqlama

“Müəllimlərin işə qəbulu (MİQ) imtahanının keçirilməsi həm faydalı, həm də ziyanlıdır”.

Bunu təhsil naziri Emin Əmrullayev “Real Tv”-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, MİQ-nin tətbiqi özlüyündə bir neçə problemi həll edib: “Misal olaraq bu sahədə korrupsiyanı aradan qaldırır, şəffaflıq yaradır və rəqabətliliyi artırır. Ziyanına gəlincə, müəllim olmaq istəyən namizədlərə fərdi yanaşa bilmirik. Yəni, müəllimi öz kəndinin məktəbinə göndərə bilmirik. Ümumilikdə isə MİQ bu gün üçün faydalıdır. Ona görə də bu gün MİQ həyatdadır. Düşünürəm ki, nə vaxtsa bunun zərəri faydasından çox olacaq, təbii şəkildə bu alət sıradan çıxacaq. Çünki onu saxlamaq mümkün olmayacaq"/Report




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq