Təhsil Nazirliyi vətəndaşları videoformatda qəbul edəcək
Tarix: 15-02-2021 13:10 | Bölmə: Cəmiyyət
Təhsil Nazirliyi vətəndaşları videoformatda qəbul edəcək

Təhsil Nazirliyi bu gündən etibarən vətəndaş qəbulu prosesini videoqəbul formatında həyata keçirəcək.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, videoqəbulların təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkil etməkdir.

Nazirliyin vəzifəli şəxslərinin qəbuluna yazılmaq istəyən vətəndaşlar Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə qəbula yazıla bilərlər. Videoqəbullarda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” qanuna uyğun olaraq baxılacaq.

Qeyd edək ki, qəbul günləri haqqında məlumatları Telefon Məlumat Mərkəzinin əməkdaşlarından əldə edə bilərsiniz.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq