MİQ müsabiqəsinin müsahibə mərhələsində 2307 nəfər iştirak edib
Tarix: 16-02-2021 18:22 | Bölmə: Cəmiyyət
MİQ müsabiqəsinin müsahibə mərhələsində 2307 nəfər iştirak edib

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsi davam edir.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, fevralın 5-dən start verilən müsahibələrdə bugünədək 2307 nəfər iştirak edib.

Fevralın 18-də yekunlaşdırılması nəzərdə tutulan müsahibə prosesində indiyədək olan iştirak nisbəti 98,9 faizdir. Müsahibə mərhələsinə ümumilkdə 2948 nəfər dəvət olunub.

Qeyd edək ki, "Microsoft Teams" platforması üzərindən təşkil edilən müsahibələrdə müsahibə komissiyası kimi yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlar iştirak edir.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq