Bakıda qadına qarşı zorakılıq edən sahə müvəkkili işdən çıxarılıb
Tarix: 17-02-2021 13:06 | Bölmə: Cəmiyyət
Bakıda qadına qarşı zorakılıq edən sahə müvəkkili işdən çıxarılıb

Bakıda gözəllik salonunda qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı tutduğu vəzifəsindən azad edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan həmin görüntülər nazirlikdə hərtərəfli və operativ araşdırılıb: "Yekunda fakt təsdiqini tapıb.

Qapalı məkanda tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxsin Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu olduğu müəyyən edilib: "Camal Qubadov polis adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə tutduğu vəzifədən azad edilib".




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq