Dövlət Xidməti qaz sayğacları ilə bağlı açıqlama yayıb - Video
Tarix: 18-02-2021 14:09 | Bölmə: Cəmiyyət
Dövlət Xidməti qaz sayğacları ilə bağlı açıqlama yayıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azəriqaz” İstehsalat Birliyinin quraşdırdığı yeni qaz sayğaclarıyla bağlı istehlakçılarda yaranan narazılığa aydınlıq gətirib.

"Azəriqaz”ın verdiyi məlumata görə, ARB televiziya kanalında yayımlanan reportajda Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib ki, yoxlamalar aparılıb və hər hansı sayğacda normadan kənarlaşma qeydə alınmayıb: “Tabeliyimizdə olan qurum var, Azərbaycan Metrologiya İnstitutu. Metrologiya İnstitutu bütün ölçmə vasitələrinin yoxlaması ilə məşğuldu və “Azəriqaz”ın sayğacları quraşdırılmazdan qabaq onların hamısı bu stendlərdə testlərdən keçib və o testlər düzgün olduqda onlar quraşdırılır. Ona görə bu sahədə biz də yoxlama aparmışıq”.

Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəylinin video açıqlaması ilə aşağıdakı ünvandan tanış ola bilərsiniz:





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq