Azərbaycanda hansı cinayətlər artıb? - Statistika
Tarix: 18-02-2021 14:55 | Bölmə: Cəmiyyət
Azərbaycanda hansı cinayətlər artıb? - Statistika

Azərbaycanda artım tendensiyası müşahidə olunan cinayət növləri açıqlanıb.

Reyting.az
Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, artım terror xarakterli cinayətlərdə 1,6 dəfə, saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmada 44,4 faizlə, ictimai mənəviyyat əleyhinə cinayətlərdə 35,8 faizlə, kibercinayətlərdə 33,3 faizlə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermədə 32,3 faizlə, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada 24,4 faizlə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərdə 19,8 faizlə, hədə-qorxu ilə tələb etmədə 18,8 faizlə, insan alverində 6,2 faizlə, ekoloji cinayətlərdə isə 2,8 faizlə müşahidə olunub.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq