Ermənistan müharibədəki itkilərini açıqlamır: rəsmi və qeyri-rəsmi rəqəmlər fərqlidir
Tarix: 18-02-2021 18:52 | Bölmə: Cəmiyyət
Ermənistan müharibədəki itkilərini açıqlamır: rəsmi və qeyri-rəsmi rəqəmlər fərqlidir

2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 13 fevralına qədər 3577 cəsəd məhkəmə tibbi ekspertizadan keçirilib. Eyni zamandan bu müddətdə 428 nümunə DNT müayinəsinə cəlb edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi bildirib.

Ermənistan Müdafiə Nazirliyi isə Qarabağ müharibəsində öldürülən erməni hərbi qilluqçularının sayının 2364 nəfər olduğunu açıqlamışdı.

Bu arada aydın olub ki, 10 noyabrdan 17 fevrala qədər erməni tərəfi müharibə meydanlarından 1485 cəsəd toplayıb. Hazırda axtarışlar davam edir.

Onu da qeyd edək ki, Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan parlamentdə bəyan edib ki, Qarabağ müharibəsində öldürülən ermənilərin sayı 4 min nəfəri keçməyəcək.

Ermənistanın Əmək və sosial işlər naziri isə bildirib ki, artıq 400-ə yazın şəxsə əlillik qrupu verilib.

Qeyri-rəsmi məlumatlarda isə II Qarabağ savaşında öldürülən erməni hərbçilərinin sayının 6-8 min civarında, əlil olanların isə bu saydan daha artıq olduğu qeyd edilir.

Müharibədən bir neçə ay keçməsinə baxmayaraq Ermənistan hökuməti itkilərlə bağlı konkret rəqəm açmaqdan çəkinir. Buna səbəb açıqlayacağı informasiyanın müxalifət tərəfindən ona qarşı istifadə olunmaq təhlükəsidir.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}