Ukraynada bir yumruqla adam öldürən azərbaycanlı saxlanılıb
Tarix: 21-02-2021 14:55 | Bölmə: Cəmiyyət
Ukraynada bir yumruqla adam öldürən azərbaycanlı saxlanılıb

Cari ilin fevralın 20-də Ukraynanın paytaxtı Kiyevdə piyadanı öldürən azərbaycanlının kimliyi və hadisənin təfərrüatı məlum olub.

Ukraynada azərbaycanlıların "Analitika və İnformasiya Platforması" təşkilatının sədri, hüquqşünas Qulu İbrahimov bildirib ki, bu, 1992-ci il təvəllüdlü, Azərbaycan vətəndaşı Əzizli Abdulla Əziz oğludur.

Kiyevin Peçersk rayon polisi artıq 1969-cu il təvəllüdlü ukraynalının ölümündə şübhəli bilinən həmyerlimizi saxlayıb. Rayon məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, hadisəyə səbəb olaraq azərbaycanlının avtomobili idarə edərkən piyada keçidinə çox yaxınlaşması və piyadanın buna təhqirlə reaksiya verməsi olub/Report.





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq