AMEA narkotik asılılığının yeni müalicə üsullarını hazırlayacaq
Tarix: 22-02-2021 16:48 | Bölmə: Cəmiyyət
AMEA narkotik asılılığının yeni müalicə üsullarını hazırlayacaq

Azərbaycanda narkotik asılılığın patogenezinə əsaslanan yeni müalicə üsullarının işlənilməsi üzrə tədqiqatlar aparılacaq.

Bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş Planında öz əksini tapıb.

Bununla bağlı il ərzində tədqiqat işlərinin aparılması Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) tapşırılıb.

Bundan başaqa, Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanuni dövriyyəsinə ciddi nəzarətin təmin edilməsi məqsədi ilə müvafiq monitorinqlər aparılacaq.

Monitorinqlərin aparılması Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupuna tapşırılıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq