Azərbaycanda hərbçilər arasında narkomanlığın zərəri barədə təbliğat işi gücləndiriləcək
Tarix: 22-02-2021 16:51 | Bölmə: Cəmiyyət
Azərbaycanda hərbçilər arasında narkomanlığın zərəri barədə təbliğat işi gücləndiriləcək

Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat işinin gücləndiriləcək.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş planında qeyd edilib.

Sənədə əsasən, bu tədbirlərin keçirilməsi mütəmadi olaraq Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Prezidentin Təhlükəsizlik Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tapşırılıb/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq