19:28 / 17-05-2025
İranın konsorsium ideyası... - Tehran Körfəz qonşularına arxalanmaq istəyir
19:28 / 17-05-2025
General vəzifədən çıxarılıb
18:30 / 17-05-2025
Gəncədə 18 yaşlı gənc bıçaqlanıb
15:54 / 17-05-2025
Ədalət Partiyasına yeni sədr seçiblər - Yenilənib
13:59 / 17-05-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
13:15 / 17-05-2025
Dövlət qulluqçularının reyestri aparılacaq - Fərman
13:00 / 17-05-2025
İlham Əliyev Tokayevə zəng edib
12:52 / 17-05-2025
Prokurorluq və DİN məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb
12:06 / 17-05-2025
Sabahın hava proqnozu açıqlanıb
10:38 / 17-05-2025
Venera planetində yaşayış mümkündür
09:35 / 17-05-2025
Kim Çen In orduya "müharibəyə hazır ol" tapşırığı verib
09:32 / 17-05-2025
Səfir Trampa görə istefa verib
09:18 / 17-05-2025
Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub
00:07 / 17-05-2025
İlham Əliyev Azərbaycana dönüb
21:39 / 16-05-2025
Sumqayıtda daha bir nəfər dəm qazından ölüb
21:31 / 16-05-2025
Ermənistan ordusunun cinayətləri ilə bağlı hesabat məhkəmədə nümayiş olunub - Yenilənib
19:47 / 16-05-2025
Bu generallar üçün yaş məhdudiyyəti ləğv edilir
19:17 / 16-05-2025
Oleq Bakinskinin məhkəməsində mülki iddia qaldırılıb
18:31 / 16-05-2025
Gizlədilmiş üç vaqon qızılın yerini müəyyən ediblər - Foto
18:20 / 16-05-2025
MDB-nin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib - Fotolar
17:38 / 16-05-2025
Bu gün Əfv Komissiyası 100-dən çox müraciətə baxıb - (Yenilənib)
17:37 / 16-05-2025
Türkiyənin qlobal rolu artır, təsir imkanları genişlənir - Partiya sədri
16:02 / 16-05-2025
İlham Əliyev Albaniyada Zirvə toplantısında - Yenilənib - Foto
15:57 / 16-05-2025
Qurani-Kərimi yandıran siyasətçini deportasiya ediblər
15:02 / 16-05-2025
15 gün sovetlərsiz yaşayan Lənkəran...
14:52 / 16-05-2025
Makron Azərbaycan prezidenti ilə görüşüb
14:28 / 16-05-2025
Prezident Jelka Tsviyanoviç ilə görüşüb
14:21 / 16-05-2025
İlham Əliyev Avropa İttifaqı rəhbərləri ilə görüşüb - Fotolar
14:11 / 16-05-2025
Bank hesablarından oğurluq: şikayətə 24 saat ərzində baxılacaq
14:03 / 16-05-2025
İlham Əliyev Nikol Paşinyanla görüşüb
13:04 / 13-05-2025

18:10 / 13-05-2025

17:13 / 13-05-2025

08:33 / 14-05-2025

23:22 / 14-05-2025

21:28 / 13-05-2025

10:14 / 15-05-2025

10:51 / 13-05-2025

11:28 / 13-05-2025

09:43 / 13-05-2025

07:33 / 13-05-2025

Dini konfessiyaların rəhbərləri Xocalı ilə bağlı dünya ictimaiyyətinə müraciət edib
Tarix: 23-02-2021 15:59 | Bölmə: Cəmiyyət

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər.
Reyting.az həmin müraciəti təqdim edir:
"Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri XX əsrin ən qanlı faciələrindən biri olan və insanlıq əleyhinə ən ağır hərbi cinayətlər sırasında yer alan Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində bütün dünya ictimaiyyətinə müraciət edirik.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək məqsədyönlü şəkildə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər mülki əhalini xüsusi qəddarlıq və amansızlıqla qətlə yetiriblər. Xocalı şəhəri ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində yerlə yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1 275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilən dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz həqarətlər edilib. Xocalıda insanlıq əleyhinə yönələn ən ağır cinayətlərdən sayılan məqsədyönlü soyqırımı aktı Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklərinin kulminasiya nöqtəsi idi. Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi, fiziki və mənəvi terror, yüz minlərlə insanın öz torpaqlarından qovularaq məcburi köçkünə çevrilməsi, onların insan hüquqlarının kobud şəkildə pozulması, kəndlərin, şəhərlərin, Azərbaycan xalqının qədim və zəngin mədəni irsinin dağıdılması və talan edilməsi - Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlamış Ermənistanın təcavüzkar siyasətinin nəticələri idi.
2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başladı. Ermənistan silahlı qüvvələri azərbaycanlı hərbçilər, dinc əhali və mülki infrastruktura qarşı ağır artilleriya zərbələri endirməklə işğal ərazisini genişləndirməyə cəhd göstərdi. Buna cavab olaraq Azərbaycan silahlı qüvvələri əks-hücum əməliyyatı həyata keçirdi, 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi.
Vətən müharibəsi gedişində Ermənistan ordusu Azərbaycana qarşı müharibə cinayətlərini davam etdirdi. Beynəlxalq hüquq normalarına məhəl qoymayan və 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirən təcavüzkar Ermənistan Azərbaycanın hərbi əməliyyatların baş verdiyi bölgələrindən uzaqda yerləşən yaşayış məntəqələrini, o cümlədən, Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ kimi iri şəhərləri ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan atəşə tutdu. 11 nəfəri uşaq olmaqla 94 mülki şəxsin qətlə yetirilməsi, 414 dinc sakinin yaralanması, 2465 yaşayış evinin, 97 çoxmənzilli binanın, 495 mülki obyektin dağıdılması, mahiyyət etibarilə, soyqırım siyasətinin davamı oldu. Ermənistanın atəşkəs imzalanmasından sonra minalanmış ərazilərin xəritəsini təqdim etməməsi insan tələfatında maraqlı olan Ermənistanın aqressiv xislətini səciyyələndirən daha bir nümunədir. Ermənistan tərəfinin 30 il ərzində torpağa basdırdığı minalar səbəbindən yüzlərlə mülki şəxs qurbana çevrilir - həyatını itirir, ömürlük əlil olur.
Dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik ki, Ermənistan Azərbaycana qarşı işğal, etnik təmizləmə, soyqırımı ilə yanaşı, mənəvi təcavüz və mədəni irsə qarşı genosid həyata keçirib. Xarici müşahidəçilərin qeyd etdikləri kimi, vaxtilə çiçəklənən, abad Azərbaycan şəhərləri işğal dövründə ruhlar məkanına çevrilmiş, yandırılmış torpaq siyasətinə məruz qalmış ərazilərimizdə ümumbəşər əhəmiyyətli tarixi, dini, mədəni abidələr yerlə yeksan edilib. Qəsbkar Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yüzlərlə məscid, məbəd və kilsələr, minlərlə məzarlıq, 706 tarixi abidə və muzey, 927 kitabxana, 1 107 təhsil müəssisəsi, 40 min muzey eksponatı dağıdılmış və talan edilmiş, əsarətdə qalan xristian kilsələri qriqoryanlaşdırılmış, məscidlər tövləyə çevrilərək, İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş vandal həqarət əməllərinə məruz qalıb. Qəsbkarlar işğal etdikləri ərazilərdə erməni izi yaratmaq məqsədilə Qarabağda tarixən mövcud olmuş qədim alban, müsəlman, pravoslav dini və mədəni irsini yoxa çıxarmaq yönündə məqsədyönlü iş apararaq mədəni-mənəvi irs nümunələrimizi ya məhv edib sıradan çıxarıb, ya da tarixini, mənşəyini saxtalaşdıraraq özününkiləşdirib, qriqoryanlaşdırıblar. Halbuki, bütün bu illər ərzində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində erməni kilsəsi abad şəkildə qorunub saxlanılmaqdadır və on minlərlə erməni əsilli vətəndaşımız ölkəmizdə əmin-amanlıq şəraitində yaşayır.
Təəssüflər olsun ki, hazırda Ermənistanın siyasi, ictimai və dini dairələri yenə də erməni terrorçuları və ekstremistlərinin faşizm xislətli əməllərinə dəstək verməklə öz xalqını yeni savaşlara təhrik edirlər.
Otuz ilə yaxın müddət ərzində dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı faciəsini soyqırımı kimi tanıyıblar. Lakin təəssüf ki, bəziləri Ermənistanın yalançı təbliğatına uyaraq, bu dəhşətli cinayətə etinasız yanaşırlar. Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin hüquqi-siyasi qiymət almamasında bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, dini və irqi ayrı-seçkilik kimi təhlükəli meyllər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən Xocalı faciəsi layiqli qiymətini almadıqca yeni-yeni bəşəri cinayətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, terrorizm və ekstremizm üçün zəmin yaranır. Erməni terrorçuları törətdikləri hərbi cinayətlərə görə hələ də beynəlxalq məhkəmələrdə mühakimə olunmamış, layiqli cəzalarını almayıblar. Xocalı soyqırımında əli olanların tarixin mühakiməsindən boyun qaçıra bilməyəcəkləri məlumdur. Bu soyqırımını törədən, öz xalqını işğalçı müharibəyə sürükləyən, erməni irqçi-faşist ideologiyasının banisi Njde Qareginə abidə ucaldan irqçilərin ədalət qarşısında cavab vermək zamanı gəlib çatıb!
Azərbaycan dindarları və din xadimləri ölkəmizin ərazi bütövlüyünün bərpası, Vətənimizin ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azad olması uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən Xocalı şəhidlərinin əziz xatirəsini daima uca tutur, onların ruhlarına Allahdan rəhmət diləyirlər. Biz bütün dünya xalqlarına sülh, əmin-amanlıq və rifah arzulayırıq. Bu məramla dünyanın dini liderlərinə, parlamentlərə, BMT və digər beynəlxalq təşkilatlara, beynəlxalq məhkəmələrə müraciət edərək Azərbaycan xalqına qarşı Ermənistanın törətdiyi təcavüzü və vəhşiliklərə hüquqi-siyasi qiymət verməyə, Holokost, Ruanda, Srebrenitsa kimi, Xocalı faciəsini də bəşəri cinayət - soyqırımı aktı kimi tanımağa çağırırıq.
Eyni zamanda, Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan dini icmaların rəhbərləri kimi Cənubi Qafqaz bölgəsində bütün xalqlar, dinindən və dilindən asılı olmayaraq bütün insanlar arasında qarşılıqlı anlaşmanın nəhayət bərqərar edilməsinin tərəfdarıyıq. Müharibə, ərazi iddiaları, nifrət, dini və etnik ayrı-seçkilik, revanşizm kimi meyllərə son qoyulmalı, dövlətlər arasında sabitlik hökm sürməli, davamlı iqtisadi inkişaf yolunda səylər göstərilməlidir. Regionumuzda olan bütün dini icmalar, ələlxüsus Erməni apostol kilsəsi bu istiqamətdə fəal çalışmalı, sülhü və dialoqu təşviq etməli, sülhpərvər və humanist ideyaları təbliğ etməlidir.
Qoy, Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun! Amin!”.
Qeyd edək ki, müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Alban-udi xristian icmasının sədri Robert Mobili və Azərbaycandakı Avropa yəhudiləri icmasının başçısı Aleksandr Şarovski imzalayıblar.
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:59
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu gün, 12:06
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 21:39
Sumqayıtda daha bir nəfər dəm qazından ölüb
Dünən, 12:23
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 11:02
Nazirliyin keçmiş vəzifəli şəxsi həbsdə ölüb
Dünən, 08:19
Rusiya jurnalist və siyasi fəal İlya Azarı axtarır
15-05-2025, 23:13
İcraçı direktor vəzifədən azad olunub
15-05-2025, 18:45
“Ulduz”lu görüşlər”in növbəti qonağı Elçin Mirzəbəyli olub - Fotolar
15-05-2025, 16:25
Ölən ulduzun səs yazısını mahnıya çeviriblər
15-05-2025, 14:16
Vəzifə arzusu həkimə baha başa gəlib - Məhkəmə prosesi
15-05-2025, 13:41
Sabah hava necə olacaq? - Proqnoz
15-05-2025, 11:44
Natiq Məmmədli: "Gənc jurnalistlərə demək istəyirəm ki..."
15-05-2025, 11:30
Məmurların cinayət işində prokurorluq əməkdaşı ifadə verib
15-05-2025, 09:58
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
15-05-2025, 00:12
Azərbaycanlı tələbənin meyiti 40 gün sonra Kür çayından tapılıb
14-05-2025, 23:10
İnsanlar Marsda yaşaya bilərmi?
14-05-2025, 19:38
Rusiya azərbaycanlı blogeri axtarışa verib - Foto
14-05-2025, 17:47
Zəngin qadın bahalı çanta götürməyi utancverici sayır
14-05-2025, 17:44
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür
14-05-2025, 17:02
Maşın 11-ci sinif şagirdini vuraraq öldürüb
14-05-2025, 16:01
İlhamə Elşadqızı: "Narkoman deyiləm..."
14-05-2025, 15:20
Keçmiş mətbuat katibi İcra Hakimiyyətindəki vəzifəsindən ayrılııb
14-05-2025, 12:42
Nazirliyin sabiq idarə rəisinin cəzası azaldılıb
14-05-2025, 12:29
Sabah leysan yağacaq
14-05-2025, 09:43
Ay torpağından oksigen hasil edəcəklər - Fotolar
13-05-2025, 23:00
Xəstəxanaya direktor təyinatı olub
13-05-2025, 21:12
Nalayiq hərəkətlər edən vəzifəli şəxs işdən qovulub
13-05-2025, 16:00
Magistraturalara imtahanın nəticələri elan olunub
13-05-2025, 15:02
Şərurlu İsfəndiyar məhkəməyə gəlib - Qalmaqal
13-05-2025, 12:46
Müəllimlərin sertifikasiya imtahanının vaxtı bəlli olub
13-05-2025, 12:34
Sabah yağış yağacaq
13-05-2025, 10:37
İnsan alveri: 11 nəfər beynəlxalq axtarışa verilib
13-05-2025, 09:48
İcra başçısı Ali Məhkəmənin qərarını icra etmir
13-05-2025, 08:21
Sakit okeanda zəlzələ baş verib
13-05-2025, 00:33
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi qəfil vəfat edib
12-05-2025, 21:24
"Son zəng" üçün pul tələb edən məktəb direktoru vəzifədən çıxarılıb
12-05-2025, 18:26
Bir milyon dollarlıq qarışqa yükü tutulub - Foto
12-05-2025, 17:18
1868 müəllim iş yerini dəyişib
12-05-2025, 15:07
Daha 77 mina, 274 PHS aşkar ediblər - Foto
12-05-2025, 13:41
Leysan yağacaq, dolu düşəcək - Proqnoz
12-05-2025, 12:50
Buraxılış imtahanının cavabları açıqlanıb
12-05-2025, 12:37
GEM qızılca ilə bağlı məlumat yayıb
12-05-2025, 10:02
Rabitə naqilini dirəkdən kəsib oğurlayanlar tutulublar
12-05-2025, 08:12
Yerin nüvəsindən siqnallar gəlir
10-05-2025, 12:10
Sabahın hava proqnozu açıqlanıb
9-05-2025, 19:20
207 nömrəli məktəbdə 150 manatdan pul yığılması iddiası araşdırılır
8-05-2025, 20:33
Zəvvarlar üçün Həcc ayinlərinin vaxtı elan olunub
8-05-2025, 18:15
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri Yüksək Dialoqa yekun vurub - Fotolar