Bəzi yollar tamamilə buz bağlayıb
Tarix: 24-02-2021 09:19 | Bölmə: Cəmiyyət
Bəzi yollar tamamilə buz bağlayıb

Fevralın 23-ü axşam saatlarından başlayaraq, Mərəzə, Şamaxı, Qrız, Xınalıq, Qusar, Xaçmaz, Şabran, Cəfərxan, Altıağac, Quba, Nabran, Xaltanda, Bakıda və Abşeron yarımadasında qar yağır.

Paytaxt Bakıda güclü küləklə müşayiət edilən qar yollarda buzlaşmaya səbəb olub. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Bakı-Sumqayıt yolu, Bakı daxili qəsəbələrarası yollar tamamilə buz bağlayıb. Gecədən yollara səpilən qum da problemi həll etmir.

Son məlumata görə, qərb küləyinin sürəti Neftçalada 25, Naftalanda 24, Ağstafada 23, Hacıqabul 20, Gəncə, Tovuzda 18, Sabirabad, Yevlaxda 17, Tərtər, Ağdam, Bərdədə 16, Bakıda 22, Binədə 19, Maştağa, Çilov adasında 19, Sumqayıt, Qum adasında 18, Neft daşlarında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}