16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıda çovğunlu havada isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır
Tarix: 24-02-2021 10:44 | Bölmə: Cəmiyyət
Bakıda çovğunlu havada isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır

Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır.

Reyting.az
xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.

Məlumata görə, bu, BŞİH və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.

Memoranduma əsasən, şəhərin müxtəlif 4-5 yerində xüsusi çadırların quraşdırılmasına başlanılıb:

“Hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar burada həm isti çay içə, həm yemək yeyə, həm də dincələ biləcəklər. Bunun üçün bütün şərait yaradılacaq. Çadırlar qarlı hava şəraitinin bütün günlərində açıq olacaq. Bu işə nəzarəti “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri və icra hakimiyyətinin əməkdaşları edəcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}