Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib - Fotolar
Tarix: 24-02-2021 11:42 | Bölmə: Cəmiyyət
Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib

Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə fevralın 23-də Şəkidə ağacəkmə aksiyası təşkil olunub. Soyqırımın 29-cu ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyada şəhər rəhbərliyi, idarə və müəssisələrin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də gənc fəallar iştirak edib.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, aksiyada Şəki Şəhər (Rayon) Polis Şöbəsinin şəxsi heyəti də fəal iştirak edib. Polislər tərəfindən yeni əkilən tinglər suvarılaraq onlara aqrotexniki qulluq göstərilib. Ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.

Aksiya zamanı Heydər Əliyev Mərkəzinin ərazisində və Şəki-Qax-Zaqatala avtomobil yolunun kənarında ümumilikdə 613 tuya və digər həmişəyaşıl ağaclar əkilib.







Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}