19:28 / 17-05-2025
İranın konsorsium ideyası... - Tehran Körfəz qonşularına arxalanmaq istəyir
19:28 / 17-05-2025
General vəzifədən çıxarılıb
18:30 / 17-05-2025
Gəncədə 18 yaşlı gənc bıçaqlanıb
15:54 / 17-05-2025
Ədalət Partiyasına yeni sədr seçiblər - Yenilənib
13:59 / 17-05-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
13:15 / 17-05-2025
Dövlət qulluqçularının reyestri aparılacaq - Fərman
13:00 / 17-05-2025
İlham Əliyev Tokayevə zəng edib
12:52 / 17-05-2025
Prokurorluq və DİN məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb
12:06 / 17-05-2025
Sabahın hava proqnozu açıqlanıb
10:38 / 17-05-2025
Venera planetində yaşayış mümkündür
09:35 / 17-05-2025
Kim Çen In orduya "müharibəyə hazır ol" tapşırığı verib
09:32 / 17-05-2025
Səfir Trampa görə istefa verib
09:18 / 17-05-2025
Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub
00:07 / 17-05-2025
İlham Əliyev Azərbaycana dönüb
21:39 / 16-05-2025
Sumqayıtda daha bir nəfər dəm qazından ölüb
21:31 / 16-05-2025
Ermənistan ordusunun cinayətləri ilə bağlı hesabat məhkəmədə nümayiş olunub - Yenilənib
19:47 / 16-05-2025
Bu generallar üçün yaş məhdudiyyəti ləğv edilir
19:17 / 16-05-2025
Oleq Bakinskinin məhkəməsində mülki iddia qaldırılıb
18:31 / 16-05-2025
Gizlədilmiş üç vaqon qızılın yerini müəyyən ediblər - Foto
18:20 / 16-05-2025
MDB-nin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib - Fotolar
17:38 / 16-05-2025
Bu gün Əfv Komissiyası 100-dən çox müraciətə baxıb - (Yenilənib)
17:37 / 16-05-2025
Türkiyənin qlobal rolu artır, təsir imkanları genişlənir - Partiya sədri
16:02 / 16-05-2025
İlham Əliyev Albaniyada Zirvə toplantısında - Yenilənib - Foto
15:57 / 16-05-2025
Qurani-Kərimi yandıran siyasətçini deportasiya ediblər
15:02 / 16-05-2025
15 gün sovetlərsiz yaşayan Lənkəran...
14:52 / 16-05-2025
Makron Azərbaycan prezidenti ilə görüşüb
14:28 / 16-05-2025
Prezident Jelka Tsviyanoviç ilə görüşüb
14:21 / 16-05-2025
İlham Əliyev Avropa İttifaqı rəhbərləri ilə görüşüb - Fotolar
14:11 / 16-05-2025
Bank hesablarından oğurluq: şikayətə 24 saat ərzində baxılacaq
14:03 / 16-05-2025
İlham Əliyev Nikol Paşinyanla görüşüb
13:04 / 13-05-2025

18:10 / 13-05-2025

17:13 / 13-05-2025

08:33 / 14-05-2025

23:22 / 14-05-2025

21:28 / 13-05-2025

10:14 / 15-05-2025

10:51 / 13-05-2025

11:28 / 13-05-2025

09:43 / 13-05-2025

07:33 / 13-05-2025

Qafqaz Albaniyası irsi: tariximizə yiyə duraq - Fəxri Uğurlu yazır
Tarix: 24-02-2021 14:43 | Bölmə: Cəmiyyət

Fəxri UĞURLU
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı
İkinci Qarabağ savaşından alınan dərslər Azərbaycan ərazisində yaranmış ən qədim dövlət olan Qafqaz Albaniyasının irsinə münasibət məsələsini yenidən aktuallaşdırdı. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan “əzabkeş” qonşularımızın birdən-birə çağdaş tarix səhnəsindən çıxıb pərdə arxasına çəkilməsi, qədimliyin mamırlamış divarları arasında – alban məbədlərində sığınacaq tapmağa çalışması bizə istər-istəməz bir acı gerçəkliyi xatırlatdı: onlar torpaqlarımızı zəbt eləməmişdən o torpaqların altında-üstündə yatan tariximizə müştəri çıxmışdılar.
Niyə məhz tarixdən başlamışdılar? Aydın məsələdir ki, bununla özlərinin sonrakı qanunsuz əməllərinə legitimlik qazandırmaq, Azərbaycan xalqını doğma torpaqlarında, halalca mülkündə yad, naməhrəm olduğuna inandırmaq, millətimizin yaddaşını qayçılamaq, onun öz keçmişinə sevgisini, güvəncini zəhərləmək məqsədi güdürdülər. Xalqımız doğma tarixinin kölgəsində özünü öz evindəki kimi məsud, arxayın hiss eləyə bilməsin deyə ayağımızın altındakı torpağa əvvəlcə bizim milli düşüncəmizdə, kimlik şüurumuzda, sonra siyasi müstəvidə, sonra da hərb meydanında yiyələnməyə çalışırdılar.
Doğrusunu desək, şeytani rakursdan baxanda təhlükəli dərəcədə ağıllı, məkrli plandır. Hər bir xalqın tarixi yaddaşı, mədəni keçmişi onun gələcəyinin bünövrəsidir. Xalq o keçmişə nəzərən yaxşını pisdən (o cümlədən yaxşı qonşunu pis qonşudan) ayırır, nəyin tarixin arxivinə verilməli, nəyin gələcəyə daşınmalı olduğunu müəyyənləşdirir. Erməni təbliğatı uzun illər öz yalançı tarixini, saxta ideologiyasını çürük təməllər üzərində qurmaqla yetinməyib, öz şitilliyində bəslədiyi ölümcül toxumları bizim mental şüurumuza da calamağa, bizdən ideoloji baxımdan ya qatı anti-erməni, ya da qatı erməni düzəltməyə çalışıb.
Şərin qarşısına şərlə çıxmağın insanı həqiqətə çatdırmadığını, həm nəzəri-əxlaqi, həm də praktik baxımdan səmərəsiz olduğunu təsbit edən qədim müdriklər bu nəticəyə təkcə göylərə baxıb xəyala dalmaqla yox, həm də konkret həyat materiallarını toplayıb ortaq məxrəcə gətirməklə gəliblər. Son otuz ildə aramızda cəmiyyətimizin üzləşdiyi uğursuzluqları, cəbhədəki yenilgilərimizi bizim “erməni kimi” ola bilməməyimizlə əlaqələndirən bir kəsim də vardı. Bu qəbildən olan yurddaşlarımızın mövqeyi təxminən belə ümumiləşdirilə bilərdi: “Biz erməniyə ona görə uduzuruq ki, ermənidən artıq, ya da ən azı erməni qədər ermənilik eləmirik”. Xoşbəxtlikdən bu düşüncə ictimai fikrimizdə ayaq tutmadı, əks halda gənclərimiz olduqca təhlükəli bir mərəzə – “erməni xəstəliyinə” mübtəla olardılar. Əvəzində bərəkətli torpağımızın ta qədimlərdən toxunmuş multikultural xalısı üzərində, tolerantlıq simvolu olan bir bayrağın altında düzlənən əsgərimiz, ölkəmizdə yaşayan onlarla millətin övladlarından hörgütlənən qeyrətli ordumuz heç bir faşizm ideologiyası, heç bir nifrətlə silahlanmadan, sadəcə Vətəni qurtarmaq eşqiylə yola çıxıb yurdlarımızı yağıdan arındırdı. Üstəlik, təkcə düşmənin körpə qanına susamış atıcı yaraqlarından, raketindən, bombasından yox, həm də ideoloji silahından təmizlədi torpağımızı. Mən deyərdim, ölkəmizin iyirmi faizini otuz ilə yaxın girov saxlamış düşmənin özünün də öz zəhərli ideologiyasından qurtulmaq şansı yarandı.
Belə təhlükəli viruslardan sığortalanmaq üçün həm özünün, həm də özgələrin tarixi keçmişinə, mədəni varlığına ədalətli, obyektiv, bundan da artıq elmi münasibət sərgilənməlidir. Boynumuza alsaq da, almasaq da, uzun müddət tariximizin Albaniya səhifəsinə bir az etinasız, başısoyuq yanaşmışıq. Ötən yüzillikdə həm Azərbaycan albanşünasları, həm də əcnəbi müəlliflər Albaniya tarixiylə bağlı xeyli maraqlı tədqiqat aparsalar da, çoxumuz bu tarixə ölüb getmiş bir xalqın, sivilizasiyanın tarixi kimi baxmışıq, ölkəmizin yunan, Roma, İran, ərəb, gürcü, erməni, o cümlədən əsərlərinin orijinal nüsxələri ya dünyanın yaddaşından silinmiş, ya da gizlədilmiş alban salnaməçilərinin diliylə Albaniya, Aran, Ərran, Ağvank, Aqvan, Ağvan… adlandırıldığı əsrlərin tarixini tariximizin sonrakı dönəmləriylə sıx bağlayıb bir sapa düzmək üçün çox da can yandırmamışıq. Kiçik Qafqaz dağlarının ətəklərinə səpələnmiş, meşələrində daldalanmış irili-xırdalı yüzlərlə alban abidəsi mədəniyyət qurumlarının, tarixşünaslıq elminin nəzərindən qıraqda – həm baxımsız, həm də öyrənilməmiş qalıb. Nəticədə gözü həmişə qonşu çəpərinin o üzündə olan erməniçilik ideologiyası bizim mürgüləyən tarixi irsimizdən özünə aqressiv psevdo-tarixi cəbbəxana düzəldib. O cəbbəxanadan varlığımıza tuşlanan topların səsi bizi ayıldanda isə beş-on yanımcıl ziyalıdan, yaddaş keşikçisindən savayı heç kim heç nəyə – nə sözə sözlə, nə topa topla – cavab verməyə hazır deyildi.
İndi artıq elmimizin qədim Albaniya coğrafiyasını qarış-qarış dolaşmaq, həm antik, həm də orta əsrlər alban irsinə aparan yeraltı-yerüstü cığırları tapıb kol-kosdan təmizləmək, əgər erməni keşişləri hamısını yandırmayıblarsa, ehtimal olunan dərinliklərdən əski əlyazmaları gün işığına çıxarıb alban əlifbasını oxumaq, yüz illər boyu bu torpaqlarda dövran sürmüş bir xalqı (yaxud xalqları) dilləndirmək, qaranlıq zamana, zülmət dünyaya çıraqla dönmək üçün zəmini var. Uzun illər saxta erməni tarixşünaslığı dünyanı Qafqaz Albaniyası deyilən bir məmləkətin tarixdə yerli-dibli olmadığına, bu adın şərqi Ermənistan vilayətlərinə verildiyinə inandırmağa çalışıb. Günü bu gün də öz millətinə saxta pasport, uydurma tərcümeyi-hal düzəltməyə çalışan tarix oğruları, din çapovulçuları Arsak, Sünik kimi alban knyazlıqlarının adını mənimsəməklə qədim dövlətimizin ətəyindən kor inadla sallaşıblar. Bir az insaflı tərpənənləri Kürün sol sahilini bizə “versələr” də, Kür-Araz aralığını əsla “güzəştə getmirlər”. Dünənəcən Ağdam torpağını eşib Tiqranakerti gordan çıxarmağa çalışan “Böyük Ermənistan” aşiqləri 488-ci ildə hökmdar III Vaçaqanın elə həmin ərazidə yerləşən Aquen adlı məntəqədə xristian alban ruhanilərinin böyük yığıncağını çağırdığını, üstəlik, Albaniyanın o zamankı paytaxtı Bərdənin də Kürlə Araz arasında yerləşdiyini bilmirdilərmi görəsən?
Mömin Vaçaqanın alimənsəb ruhaniləri, əyanları niyə məhz Aquenə topladığını mən bilmirəm, ancaq bir məsələ gün kimi aydındır: görün Aquen (indinin Ağdamı!), burada yerləşən kilsə albanlar üçün nə qədər mühüm məntəqə, nə qədər müqəddəs məkan olub ki, bunca böyük bir məclis, tarixi qərarların qəbul olunduğu yığıncaq yaxınlıqdakı paytaxtda da yox, məhz orada keçirilib. Çox güman, Aquen kilsəsi xristian albanların dini mərkəzi olub. Əgər qarşıdakı illərdə tariximizin xristianlıq dönəminin öyrənilməsi məqsədilə ciddi elmi axtarışlar, arxeoloji qazıntılar aparılarsa, qismən torpağın dərin qatlarına çöküb unudulmuş, qismən də zəbt olunub mənimsənmiş bir mədəniyyətin ehya olunacağına ümid eləyə bilərik.
Bəli, Albaniya əhalisinin çoxu sonradan müsəlmanlaşdı, ancaq bu, özündən əvvəlki dini-mədəni irsə biganə yanaşmağa bəraət qazandırmır. Necə deyərlər, yeməyənin payını yeyərlər – bir də onda ayıldıq ki, Azərbaycan ərazisindəki xristian mədəniyyəti qalıqları bütün dünyaya erməni-qriqorian irsi kimi təqdim olunur. Xaçbulaq yaylağının adını “Xoşbulaq”, Xaççobanlı kəndinin adını “Xoşçobanlı”, Zümürxaçın adını “Zümürxan” şəklinə salmaqla vəziyyətdən çıxmaq istədik. Hələ də anlamıram, bu cür bayağı ideyalar insanın ağlına necə gələ bilər, anlamıram ki, xaç fobiyası bu cür tolerant ölkədə yaşayan insanların qəlbinə necə, niyə yol tapıb. Neyləyə bilərik, xristianlıq bu torpaqlarda yayılanda islam dini hələ meydana gəlməmişdi – bundan rəncidə olmağına, yaxud Məhəmməd peyğəmbərdən artıq müsəlmanlıq iddiasına düşməyinə dəyməz. Çarmıx simvolu əsla qriqorian məzhəbinin özəl mülkü, yainki ermənilərin dədə-baba mirası deyil.
Albaniya ərazisində islamın yayılmasından sonra azlıqda qalan xristian əhalinin erməni-qriqorian kilsəsinin təsiri altına düşməsi, daha doğrusu, boyunduruğuna salınması haqda görkəmli tarixçilərimiz yerli-yataqlı yazıblar. Mərhum akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” adlı dəyərli kitabında hətta erməni katolikosunun ərəb xəlifəsinə alban katolikosundan yazdığı “donos”un mətnini də dərc eləyib. Bəlli olduğu kimi, bu çuğullamadan sonra xəlifə alban katolikosunu ağır cəzalandırmışdı, Alban Apostol kilsəsinin avtokefallığını alıb, onu erməni-qriqorian kilsəsinin tabeçiliyinə vermişdi. Əgər bir alimənsəb xaçpərəst ruhani başqa bir alimənsəb xaçpərəsti onlara yad dinin rəhbərinə satırsa, onun öz peyğəmbərini qəpik-quruşa dəyişmiş həvari Yəhudadan fərqi yoxdur; demək, burada məqsəd dinin saflığını qorumaq, məzhəb çəkişməsində haqlı çıxmaq deyil, dindaşlarının mədəni irsini yağmalamaq, dini hakimiyyətini mənimsəmək hesabına öz mənsəbini artırmaq, öz məzhəbinin arealını daha da genişləndirməkdir. Belə deyilsə, nədən erməni ruhaniləri Alban Apostol kilsəsinin izini bu torpaqlardan silmək üçün əsrlər boyu əlləşdilər, nəhayət, 1836-cı ildə rus çarının fərmanıyla aşağı-yuxarı 1500 il İsa Məsih ehkamlarının keşiyində dayanmış qocaman bir məbədin fəaliyyətini ləğv elətdilər? Hələ bunlar da azmış kimi, üstəlik, ötən iki əsrin qovuşağında alban kilsəsindən qalma müqəddəs irsi, əvəzsiz yazılı mənbələri (dediklərinə görə) oda qaladılar?
Əlbəttə, izləri itirəndən, yazılı yaddaşı heçliyə göməndən sonra yiyəsiz-şahidsiz, dəlilsiz-sənədsiz, züryətsiz-sonsuz qalmış bir ölkənin tarixinə caynaq atmaq, müştəri çıxmaq da müşkül deyildi. Bunun ardınca həmin tarixin yarandığı torpaqlara vərəsəlik hüququ irəli sürmək, miras davalamaq gəlməliydi. Necə ki, gəldi…
Tariximizə yiyə durmalıyıq! Albaniya dövləti, alban xalqı sonsuz deyil, bu gün onun ən azı on milyon züryəti, on milyon varisi var! Keçmişimizə-gələcəyimizə, bütün varlığımıza güllə atanlar arasında, təəssüf ki, öz burnumuzdan düşən dönüklər, yad məzhəblərin, yad mədəniyyətlərin verdiyi tiryəkə uyub əslinə qənim kəsilən yurddaşlarımız da az olmayıb (Yeri gəlmişkən, mənə elə gəlir, ermənilərin də “dönmə” adlandırdığı bu kökündən qopuq məxluqların öz dədə-baba qohumlarına qarşı son dərəcə qəddar davranmasının yalnız bir psixoloji səbəbi ola bilər: erməniyə ondan da artıq erməni olduğunu sübuta yetirmək. Amansız tarixin zərurət yolundan sapıb ortalıqda qalan köçəryanların, dəmirçiyanların, nalbəndyanların, atayanların, balayanların, şahnəzəryanların, mirzəyanların… erməni ağuşunda, ermənilikdə sığınacaq tapması, üstəlik, orada da gözümçıxdıya salınması, qıraqlanması olduqca acınacaqlı taledir. Bir alban, bir qıpçaq, ya bir türk üçün nə qədər şərəfsiz, miskin aqibət!). Guya ölüb-getmiş, mirası yalnızca bunlara qalmış bir xalqın, mədəniyyətin adından danışmaq da ən çox onların boynuna düşüb (yaxud da qoyulub). Bu yanlış təsəvvürün kökünü qazıb çıxarmalıyıq: alban xalqı, alban mədəniyyəti ölməyib, tarixdən silinməyib; böyük qismi sintezə, reinkarnasiyaya uğrayıb, öz libasını dəyişib islam dünyasına inteqrasiya olunub; yad təsirdən qorunmağa çalışan, varlığını əski məcradan ayırmaq istəməyən az bir qismi də (Nic udiləri kimi) multikultural palitranın müxtəlifliyində öz rəngini, inancını bu günəcən qoruyub saxlayıb.
Bir məsələni də xatırlatmaq istərdik: Qafqaz Albaniyasının tarixi yalnız dini təfriqələr, məzhəb, inanc çəkişmələri xronikasından ibarət deyil. Bu tarixin, mənə görə, ən maraqlı səhifələri miladdan öncə birinci yüzillikdə baş verənlər, Roma ordusunun bölgəyə yürüşü zamanı bu ölkədə cövlan eləyən hadisələrdir. Antik dövr – Albaniya tarixinin ən qaranlıq dönəmidir, ona dair yeni sənədlərin tapılması bundan sonra yəqin möcüzə olar, ancaq yeni əşyayi-dəlillərin üzə çıxarılması hər zaman mümkündür. O dövrdə bu ölkənin idarəçiliyi, bu coğrafiyada yaşayan xalqların inancı, məişəti, dili ilə bağlı bilgilər olduqca qıtdır. Əgər antik dünyanın ən azman səltənətinin bölgəyə ekspedisiyaya göndərdiyi qüvvəylə – qonşu ölkələri ala-ala gələn yenilməz bir orduyla döşləşməyə albanların qüdrəti çatmışdısa, hökmdarla qardaşı qədim Romanın ən nüfuzlu üç qəhrəmanından biri Pompeyin qarşısına altmış min nəfərlik piyada, on iki min nəfərlik də atlı qoşun çıxara bilmişdisə, demək, o zaman bu ölkədə öz dövrünə görə güclü dövlət idarəçiliyi, qüdrətli hərbi arsenal, bərəkətli iqtisadiyyat, tayfalar arasında sıx birlik, nəhayət, bütün bunlara təməl atıb yön verən, ölkə əhalisini yadelli düşmənin təcavüzü müqabilində bir vücud halına gətirə bilən sağlam inanc, nüfuzlu ideoloji institut (din də deyə bilərik) var olub. Hansısa həqiqətə sarsılmaz inam albanlara qonşu məmləkətləri (o cümlədən, tərifli Tiqranın hələ də xəyaldan gerçəkliyə köçürülməmiş “Böyük Ermənistan”ını) yıxa-yıxa gələn qat-qat güclü bir ordunun, nəhəng imperiyanın (həmin dövrdə respublika quruluşu hələ rəsmən saxlansa da, Roma imperiyaya çevrilmək ərəfəsindəydi) önünə sipər çəkmək cəsarəti vermişdi, döyüşlərdə çox ağır zərbə alsalar da, onları diz çökdürmək, təslim almaq Pompey kimi hərb dahisinə belə müyəssər olmamışdı.
Dəruni inancdan məhrum toplum bu cür qəhrəmanlıq göstərməyə qadir deyil. Antik müəlliflərin yazdığı kimi, qədim ölkəmizin mənəvi nemətlər bazarına öz dili, adəti, öz inancıyla çıxan iyirmi altı böyük tayfanın dar gündə hansısa bir ümumi əqidə, inam ağacının budaqlarına çevrilməsi multikulturalizmə, sevgiyə, müxtəlifliyin vəhdətinə parlaq örnək sayılmalıdır. Bu ölkədə multikulturalizmin tarixi də elə o çağdan – Albaniyada yaşayan xalqların, millətlərin Qafqaz çaylarının suları kimi bir dənizdə qovuşub bir dövlət çətiri altında birləşdiyi zamandan başlayır.
Bu gün Azərbaycan dövlətinin, elmi-mədəni ictimaiyyətin Qafqaz Albaniyası irsinə qayıdıb tarixdəki qırılmaları calamağa, boşluqları doldurmağa çalışması, təkcə torpaqlarımızı yox, tariximizi də işğaldan qurtarmağa diqqət ayırması təqdir olunmalıdır. 1836-cı ildə erməni kilsəsinin təhriki, rus çarının fərmanıyla fəaliyyətinə xitam verilmiş Alban Apostol kilsəsinin dirçəldilməsi, avtokefallığının özünə qaytarılması üçün göstərilən cəhdlər həm tarixi ədalətin bərpası, həm də alban məbədinin qriqorianlığın işğalından azad olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Alban-Udi xristian icması nümayəndələrinin səlahiyyətli şəxslər, elm adamları, jurnalistlərlə birgə Kəlbəcərdə, Laçında yol gözləyən məbədləri ziyarətə getməsi ikinci Qarabağ savaşında qazanılmış qələbədən qədim alban xalqına da pay düşdüyünə gözgörəti sübutdur.
Fikrimizcə, belə səfərlər təkcə dini xarakter daşımamalı, yalnız dindarlar, xristian icmaları üçün nəzərdə tutulmamalıdır; etnik mənşəyinə, konfessional mənsubiyyətinə baxılmadan ölkəmizin böyüklü-kiçikli bütün vətəndaşlarına alban irsinə münasibətdə sahiblik hissi aşılanmalıdır. Bu sahədə böyük zəhməti, təcrübəsi olan Azərbaycan albanşünaslarının, eləcə də bir sıra dünya tarixçilərinin qoyduğu bünövrə üzərində alban xalqının şəninə daha bir məbəd – bu dəfə elm məbədi ucaldılmalıdır. Yaxın gələcəkdə məktəblilərin, humanitar sahədə təhsil alan tələbələrin qədim yurd yerlərinə, tapınaqlara ekskursiyaları təşkil olunmalıdır. Uşaqlarımıza alban tarixini ölüb getmiş naməlum sivilizasiyanın qəbirüstü yazısı kimi yox, bir ayrı libasda bu gün də yaşayan, nəfəs alan, dondan-dona düşən, yeni aləmlərə açılmağa çalışan proses kimi öyrətməliyik.
Qarabağın dağlarında mürgüləyən abidələri, diri-diri tarixə gömülmüş daşları yuxudan oyada bilsək, onlar bizə çox sirləri açıb danışacaq. Unutmayaq ki, Qafqaz Albaniyasının tarixi yalnız bir neçə icmanın, ya etnik qrupun yox, bütövlükdə ölkəmizin, xalqımızın tarixidir. Tariximizə yiyə durmalıyıq.(525-ci qəzet)
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:59
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu gün, 12:06
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 21:39
Sumqayıtda daha bir nəfər dəm qazından ölüb
Dünən, 12:23
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 11:02
Nazirliyin keçmiş vəzifəli şəxsi həbsdə ölüb
Dünən, 08:19
Rusiya jurnalist və siyasi fəal İlya Azarı axtarır
15-05-2025, 23:13
İcraçı direktor vəzifədən azad olunub
15-05-2025, 18:45
“Ulduz”lu görüşlər”in növbəti qonağı Elçin Mirzəbəyli olub - Fotolar
15-05-2025, 16:25
Ölən ulduzun səs yazısını mahnıya çeviriblər
15-05-2025, 14:16
Vəzifə arzusu həkimə baha başa gəlib - Məhkəmə prosesi
15-05-2025, 13:41
Sabah hava necə olacaq? - Proqnoz
15-05-2025, 11:44
Natiq Məmmədli: "Gənc jurnalistlərə demək istəyirəm ki..."
15-05-2025, 11:30
Məmurların cinayət işində prokurorluq əməkdaşı ifadə verib
15-05-2025, 09:58
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
15-05-2025, 00:12
Azərbaycanlı tələbənin meyiti 40 gün sonra Kür çayından tapılıb
14-05-2025, 23:10
İnsanlar Marsda yaşaya bilərmi?
14-05-2025, 19:38
Rusiya azərbaycanlı blogeri axtarışa verib - Foto
14-05-2025, 17:47
Zəngin qadın bahalı çanta götürməyi utancverici sayır
14-05-2025, 17:44
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür
14-05-2025, 17:02
Maşın 11-ci sinif şagirdini vuraraq öldürüb
14-05-2025, 16:01
İlhamə Elşadqızı: "Narkoman deyiləm..."
14-05-2025, 15:20
Keçmiş mətbuat katibi İcra Hakimiyyətindəki vəzifəsindən ayrılııb
14-05-2025, 12:42
Nazirliyin sabiq idarə rəisinin cəzası azaldılıb
14-05-2025, 12:29
Sabah leysan yağacaq
14-05-2025, 09:43
Ay torpağından oksigen hasil edəcəklər - Fotolar
13-05-2025, 23:00
Xəstəxanaya direktor təyinatı olub
13-05-2025, 21:12
Nalayiq hərəkətlər edən vəzifəli şəxs işdən qovulub
13-05-2025, 16:00
Magistraturalara imtahanın nəticələri elan olunub
13-05-2025, 15:02
Şərurlu İsfəndiyar məhkəməyə gəlib - Qalmaqal
13-05-2025, 12:46
Müəllimlərin sertifikasiya imtahanının vaxtı bəlli olub
13-05-2025, 12:34
Sabah yağış yağacaq
13-05-2025, 10:37
İnsan alveri: 11 nəfər beynəlxalq axtarışa verilib
13-05-2025, 09:48
İcra başçısı Ali Məhkəmənin qərarını icra etmir
13-05-2025, 08:21
Sakit okeanda zəlzələ baş verib
13-05-2025, 00:33
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi qəfil vəfat edib
12-05-2025, 21:24
"Son zəng" üçün pul tələb edən məktəb direktoru vəzifədən çıxarılıb
12-05-2025, 18:26
Bir milyon dollarlıq qarışqa yükü tutulub - Foto
12-05-2025, 17:18
1868 müəllim iş yerini dəyişib
12-05-2025, 15:07
Daha 77 mina, 274 PHS aşkar ediblər - Foto
12-05-2025, 13:41
Leysan yağacaq, dolu düşəcək - Proqnoz
12-05-2025, 12:50
Buraxılış imtahanının cavabları açıqlanıb
12-05-2025, 12:37
GEM qızılca ilə bağlı məlumat yayıb
12-05-2025, 10:02
Rabitə naqilini dirəkdən kəsib oğurlayanlar tutulublar
12-05-2025, 08:12
Yerin nüvəsindən siqnallar gəlir
10-05-2025, 12:10
Sabahın hava proqnozu açıqlanıb
9-05-2025, 19:20
207 nömrəli məktəbdə 150 manatdan pul yığılması iddiası araşdırılır
8-05-2025, 20:33
Zəvvarlar üçün Həcc ayinlərinin vaxtı elan olunub
8-05-2025, 18:15
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri Yüksək Dialoqa yekun vurub - Fotolar