16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
QHT-lərə Dövlət Dəstəyi Şurasında nöqsanlar aşkarlanıb - Palata MM-ə sənəd göndərib
Tarix: 01-03-2021 14:49 | Bölmə: Cəmiyyət
QHT-lərə Dövlət Dəstəyi Şurasında nöqsanlar aşkarlanıb - Palata MM-ə sənəd göndərib

Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar aparıb.

Reyting.az
bildirir ki, bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, aparılan yoxlamalar nəticəsində bəzi pozuntular aşkarlanıb.

Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamaların aparılması faktını təsdiqləyib:

“Yoxlamaların nəticələri barədə əlavə məlumatlar veriləcək”.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.

***

Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında həyata keçirdiyi yoxlamalarla bağlı rəyini Milli Məclisə göndərib.

Bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, rəy artıq parlamentə daxil olub: “Rəydə müəyyən pozuntularla bağlı məlumatlar öz əksini tapıb”.

***




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}