Dünya əhalisinin 10%-dən azında antikor var
Tarix: 01-03-2021 10:41 | Bölmə: Cəmiyyət
Dünya əhalisinin 10%-dən azında  antikor var

“Dünya əhalisinin 10%-dən azında SARS-CoV-2-yə qarşı antikor var”.

“RİA Novosti” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumiya Svaminatan deyib.

O, bunun orta hesablı məlumatlar olduğunu da əlavə edib. Böyük şəhərlərdə əhalinin azı yarısında koronavirusa qarşı antikor var.

“ÜST seroepidemioloji tədqiqatları izləyir. Təxminən, 500 tədqiqat olub”, - o bildirib.

Onun sözlərinə görə, peyvəndləmə kollektiv immuntet əldə etməyin yeganə yoludur.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}