Təhsil Nazirliyi 8 Mart bayramı ilə bağlı valideynlərə müraciət edib
Tarix: 02-03-2021 11:13 | Bölmə: Cəmiyyət
Təhsil Nazirliyi 8 Mart bayramı ilə bağlı valideynlərə müraciət edib

"Təhsil Nazirliyi qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladlarımızın yetişməsində rolu danılmazdır".

Reyting.az
xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət birgə mübarizə aparmalı, dəyərləri qorumalı və gələcək nəsillərə çatdırmalıdır: "Bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) və yaxud office@edu.gov.az elektron poçt ünvanına anonim olmadan müraciət edə bilərsiniz".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}