Üç ay əvvəl polis rəisi təyin edilən şəxs başqa vəzifəyə göndərilib
Tarix: 02-03-2021 12:36 | Bölmə: Cəmiyyət
Üç ay əvvəl polis rəisi təyin edilən şəxs başqa vəzifəyə göndərilib

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Reyting.az
-ın məlumatına görə, bununla bağlı Daxili işlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin (PŞ) rəisi, polis polkovniki Ülvi Məmmədov vəzifədən azad edilərək Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin rəisi təyin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, Ü. Məmmədov 2020-ci ilin sonlarında Xəzər RPİ-nin 2-ci PŞ-nə rəis təyin edilmişdi. Onun hazırki postu daha aşağı vəzifədir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}