17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Təhsil işçilərinin peyvəndlənməsinə başlanılıb
Tarix: 03-03-2021 15:01 | Bölmə: Cəmiyyət
Təhsil işçilərinin peyvəndlənməsinə başlanılıb

3 Mart 2021-ci ildən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyətinin peyvəndlənməsinə başlanılıb. İlkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyət peyvəndlənir.

Reyting.az
xəbər verir ki, bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və data kart vasitəsilə internetə çıxış təmin olunub.

Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunur ki, koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin peyvəndlənmə prosesində iştirakı zəruridir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}