14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ağır yol qəzası: xəsarət alanlar var - Siyahı
Tarix: 03-03-2021 18:32 | Bölmə: Cəmiyyət
Ağır yol qəzası: xəsarət alanlar var

Mingəçevir şəhərində “Mercedes”, “Mitsubishi” və “ВАЗ” markalı üç minik avtomobili toqquşub.

Reyting.az
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Digər avtomobil qəzası Kürdəmir rayonunda qeydə alınıb.

Reyting.az “Report”a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.

Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “KamAZ” markalı yük maşınının arxasındakı qoşquya çırpılıb.

Hadisə nəticəsində bir ailənin üzvləri olan altı nəfər xəsarət alıb.

Bunlar Bakı sakinləri - 49 yaşlı sürücü Mustafayev Mübariz Əhməd oğlu, 35 yaşlı Mustafayeva Leyla Yasin qızı, 71 yaşlı Mustafayeva Dursun Məhəmməd qızı, 67 yaşlı Mustafayeva Bəsti Məhəmməd qızı, 13 yaşlı Mustafayeva Nəzrin Xəyyam qızı, 36 yaşlı İbrahimova Təravət Yasin qızıdır.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}