Daha 30 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib
Tarix: 04-03-2021 16:43 | Bölmə: Cəmiyyət
Daha 30 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu il 3 min, yaxın 5 ildə 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin ediləcək.

Reyting.az
xəbər verir ki, Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzilin təqdim olunması tədbirində səsləndirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri yanaşı şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, “Qarabağ Qaziləri” İctimai Birliyinin üzvü Rey Kərimoğlu və başqaları iştirak ediblər.

Mənzillərdən 18-i Qarabağ müharibəsi əlillərinə, 12-i şəhid ailələrinə təqdim edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}