23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
Nazirlər Kabineti: "Azad olunan ərazilərdə hərbçilərin yerləşdirilməsi davam etdirilir"
Tarix: 09-03-2021 15:28 | Bölmə: Cəmiyyət
Nazirlər Kabineti: "Azad olunan ərazilərdə hərbçilərin yerləşdirilməsi davam etdirilir"

“Hazırda işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yerdəyişməsi və şəxsi heyətin yerləşməsi ilə bağlı maddi-texniki təminat tədbirləri davam etdirilir”.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Sənəddə qeyd edilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən, Silahlı Qüvvələrin maddi-texniki şəraitinin daha da yaxşılaşdırılması məqsədilə Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif təyinatlı bina və qurğular tikilib istismara verilib, bir sıra obyektlərin tikintisi isə davam etdirilib.




Bölməyə aid digər xəbərlər