Casusluq əməllərinə görə 15 cinayət işinin istintaqı aparılıb
Tarix: 09-03-2021 16:30 | Bölmə: Cəmiyyət
Casusluq əməllərinə görə 15 cinayət işinin istintaqı aparılıb

2020-ci il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ibtidai araşdırma səlahiyyətlərinə aid olan hüquqazidd əməllərə dair faktlar üzrə 204 şəxs barəsində 155 cinayət işinin istintaqını aparıb.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, həmin cinayət işləri dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğa hazırlıq, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qrup yaratmaq, terrorçuluğa açıq çağırışlar, dövlət əleyhinə yönələn açıq çağırışlar, dövlət sirrini yayma, dövlət sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsi və s. əlaqəlidir.

Xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanıb, qarşısının alınması üzrə keçirilən əks-kəşfiyyat tədbirləri nəticəsində dövlətə xəyanət və casusluq əməllərində şübhəli bilinən şəxslər aşkar edilərək cinayət məsuliyyətinə cəlb olunublar. 2020-ci il ərzində bu istiqamətdə toplanmış materiallar əsasında 15 cinayət işinin istintaqı aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq