Gürcüstan XİN: "Azərbaycan ərazisində gürcü tarixinə aid məzar tapılmayıb"
Tarix: 09-03-2021 17:38 | Bölmə: Cəmiyyət
Gürcüstan XİN: "Azərbaycan ərazisində gürcü tarixinə aid məzar tapılmayıb"

“Azərbaycan ərazisində gürcü tarixinə aid məzarın tapılmasına dair yayılan xəbərlər doğru deyil”.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Qeyd olunub ki, məsələ ilə əlaqədar diaspora ilə, eləcə də Azərbaycan tərəfi ilə əlaqə saxlanılıb və mənbələrdən heç biri faktı təsdiqləməyib.

Qeyd edək ki, bu gün Gürcüstan mətbuatında Azərbaycanın Qax-Zaqatala bölgəsində gürcü çariçası Tamaraya aid qızıl-zinət əşyalarının olduğu məzarın tapılmasına dair xəbərlər yayılıb/APA.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq