Təhsil naziri intihar edən məktəblilərlə bağlı paylaşım edib
Tarix: 09-03-2021 23:37 | Bölmə: Cəmiyyət
Təhsil naziri intihar edən məktəblilərlə bağlı paylaşım edib

“Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinfinin iki şagirdinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik”.

Reyting.az
xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “facebook” hesabında paylaşıb.

Nazir qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları müvafiq araşdırmalar aparırlar.

Qeyd edək ki, bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 9 mərtəbəli binanın damına çıxan iki yeniyetmə qız oradan özlərini yerə atıblar. Nəticədə onların hər ikisi hadisə yerindəcə ölüb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq