Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb - Siyahı
Tarix: 10-03-2021 10:19 | Bölmə: Cəmiyyət
Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb

Azərbaycan üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Koronavirus.info xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 52.5 faiz. Aranda 13.1 faiz, Abşeronda 12.9 faiz, , Gəncə-Qazaxda 8.1 faiz, Şəki-Zaqatalada 3.3 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.8 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.

Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikasına gəldikdə, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 15.0 faiz, Xətaidə 13.1 faiz, Yasamalda 12.1 faiz, Sabunçuda 10.8 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.8 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.9 faiz, Qaradağda 5.2 faiz, Səbaildə 5.1 faiz, Pirallahıda 0.5 faiz təşkil edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq