Nazirliyin əməkdaşları intihar etmiş şagirdlərin ailələrinə baş çəkiblər
Tarix: 10-03-2021 12:29 | Bölmə: Cəmiyyət
Nazirliyin əməkdaşları intihar etmiş şagirdlərin ailələrinə baş çəkiblər

Təhsil Nazirliyinin əməkdaşları Qaradağ ronunun Löbatan qəsəbəsində intihar etmiş şagirdlərin ailələrinə baş çəkiblər.

Reyting.az
-ın məlumatına görə, Təhsil Nazirliyindən bildiriblər ki, martın 10-da Təhsil nazirinin müşaviri Nigar Bağırlı və Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova ötən gün intihar edən Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdlərinin ailələrinə baş çəkib, valideyn və yaxınlarına dərin başsağlığı veriblər.

Qeyd edək ki, intihar hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Martın 9-u günorta saatlarında Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından özlərini ataraq intihar ediblər.(Modern.az)





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq