Türkiyədə koronovirusa yoluxma rekord həddə çatıb
Tarix: 02-04-2021 21:52 | Bölmə: Cəmiyyət
Türkiyədə koronovirusa yoluxma rekord həddə çatıb

Türkiyədə koronovirusa sutkalıq yoluxma yenidən rekord həddə çatıb.

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 42 308 nəfərdə koronovirusa yoluxma faktı aşkarlanıb.

Yoluxmadan 179 nəfər həyatını itirib, 2182 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə koronovirusdan ölənlərin sayı 31 892 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyədə COVİD -19 infeksiyasının yayılması sürətləndiyi üçün bu gün saat 21.00-dan etibarən ölkənin 58 vilayətində şənbə günləri də küçəyə çıxma məhdudiyyəti yenidən tətbiq olunmağa başlanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq