08:25 / 12-09-2025
Braziliya lideri: “Qərarlarımıza heç kim qarışa bilməz”
08:19 / 12-09-2025
Almatı Moskva ilə “dəmir bağlantı”nı bərpa edir
08:14 / 12-09-2025
Ermənistan iki cəbhədə işləyir
08:08 / 12-09-2025
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
08:02 / 12-09-2025
Belçika Rusiya diplomatlarını xəbərdar edib
07:56 / 12-09-2025
Culfadakı yol qəzasında 4 nəfər ölüb
07:47 / 12-09-2025
Qarabağa daha iki köç karvanı yola salınıb
00:55 / 12-09-2025
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
00:39 / 12-09-2025
Rusiyada vergiləri artırmaq istəyirlər
00:35 / 12-09-2025
ABŞ-nın hərbi gəmisi İrana yaxınlaşır
00:28 / 12-09-2025
İki ölkə Polşaya döyüş təyyarələri göndərir
00:21 / 12-09-2025
Netanyahu: Fələstin dövləti olmayacaq
00:10 / 12-09-2025
Zelenski liderləri üçtərəfli sammitə çağırır
00:07 / 12-09-2025
Rusiya Ukrayna sərhədi yaxınlığındakı hava limanını açıb
00:04 / 12-09-2025
Tramp: Hücum etsəniz, sizi ovlayacağıq
00:02 / 12-09-2025
Zelenski Trampın xüsusi nümayəndəsi ilə görüşüb
23:47 / 11-09-2025
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
22:53 / 11-09-2025
Qubada güclü sel körpünü dağıdıb
22:29 / 11-09-2025
ABŞ husilərə ən böyük sanksiyasını tətbiq edib
18:03 / 11-09-2025
Lukaşenko: "Sülhün bərqərar olmasında Trampa kömək etməyə hazıram"
17:57 / 11-09-2025
"SOCAR Romania” rəsmisi haqda şok iddialar yayılıb
17:43 / 11-09-2025
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
17:27 / 11-09-2025
Gürcüstanın keçmiş müdafiə naziri həbs edilib
17:24 / 11-09-2025
İki NATO ölkəsi Rusiya və Belarusla sərhəddə səmanı bağlayıb
17:06 / 11-09-2025
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
17:04 / 11-09-2025
İsrail şirkəti: "Abşeronun su probleminin həlli üçün ən yaxşı texnologiyalar seçilir"
16:36 / 11-09-2025
Prezident İlham Əliyev sərəncam imzalayıb
16:26 / 11-09-2025
Sürücülük vəsiqəsi ilə bağlı yeni qərar verilib
16:23 / 11-09-2025
Zelenski: Polşaya hücum 2014-cü il Krım hadisələrinə bənzəyir
16:23 / 11-09-2025
Konstitusiya Məhkəməsinə Aparat rəhbəri təyin olunub
09:10 / 09-09-2025

18:05 / 07-09-2025

13:20 / 07-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

00:57 / 08-09-2025

15:20 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

“Nyu-York Tayms”: Rusiya səssiz-səmirsiz peyvənd idxal edir
Tarix: 05-04-2021 12:55 | Bölmə: Cəmiyyət

ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc olunmuş “Rusiya başqa ölkələrə peyvənd ixrac etdiyini dünyaya car çəksə də, özü səssiz-səmirsiz peyvənd idxal edir” başlıqlı məqalə dərc edib. Məqalənin müəllifi Endryu E.Kramerdir.
Reyting.az-ın məlumatına görə, Novator.az-ın ingiliscədən çevirdiyi məqalədə deyilir ki, Rusiya bir yandan “Sputnik V” peyvəndini öz alimlərinin qələbəsi kimi təqdim edir, o biri yandan da ölkənin vaksinasiya proqramı peyvənd idxalı hesabına həyata keçirilir.
Rusiya yerli “Sputnik V” peyvəndini Latın Amerikasında, Afrikada, hətta bəzi Avropa ölkələrində təntənə ilə nümayiş etdirərək onu dünyada peyvənd çatışmazlığının həlli yolu adlandırır. Ancaq Rusiya heç demir ki, onun özü də peyvənd idxalçısıdır.
Rusiya hökuməti “Sputnik V” peyvəndinin istehsalını müqavilə əsasında Cənubi Koreyadakı şirkətlərdən birinə həvalə edib. Həmin şirkət artıq istehsal etdiyi peyvənd dozalarını Rusiyaya göndərir.
Rusiya hökuməti hazırda Hindistandakı şirkətlə də peyvənd istehsalı barədə müqavilə imzalamaq niyyətindədir.
Məxfilik razılaşmaları üzündən idxalın həcmini dəyərləndirmək mümkün deyil. Amma vaksin idxalı faktı Rusiyanın pandemiya dövründə ehtiyacı olan ölkələr üçün peyvənd ixracatçısı olması təsəvvürünü darmadağın edir.
Növbəti həftələrdə və aylarda artırılacağı gözlənilən peyvənd idxalı Rusiyada zəif peyvəndləmə kampaniyasına kömək edə bilər. Peyvənd idxalı göstərir ki, hətta öz alimlərinin sayəsində peyvənd istehsal edən ölkələr də vaksinasiya kampaniyası dövründə xaricdən peyvənd idxal edir.
Ötən ilin payızında rusiyalı rəsmilər xarici istehsalın ölkə daxilindəki tələbatı qismən ödəmək iqtidarında olduğunu vurğulasalar da, yerli alimlərin qələbəsi kimi təqdim edilən bir məhsulun xaricdən idxal olunması məsələsi barədə heç bir fikir bildirməyiblər. Əslində, Rusiyada peyvənd istehsalının tamamilə fərqli bir tarixçəsi var.
Ötən ilin dekabr ayında Cənubi Koreyanın “GL Rapha” şirkətinin istehsal etdiyi “Sputnik V” peyvəndini daşıyan iki yük təyyarəsi Rusiyaya eniş edib. Şirkət qarşıdakı günlərdə peyvəndin növbəti partiyasının Rusiyaya gətiriləcəyini bəyan edib.
Hindistanlı diplomatların sözlərinə görə, bu ölkənin peyvənd istehsalçıları da Rusiyada ixtira olunmuş peyvəndi Hindistanda istehsal edərək Rusiyaya göndərməyə hazırlaşırlar.
Hindistanın Rusiyadakı səfiri Şri Varma bu ilin yanvar ayında mətbuata açıqlamasında bildirib ki, iki ölkənin peyvənd sahəsindəki əməkdaşlığı daha da artırıla bilər: “Biz Hindistanda “Sputnik V” peyvəndini geniş şəkildə tətbiq etməklə, ölkənin istehsal imkanlarından həm özümüzün, həm Rusiyanın, həm də bütün dünyanın yararlanmasına imkan yaradacağıq”.
Rusiya Hindistanla dörd istehsal sazişi bağlayıb. Hindistanın Heydərabad şəhərində fəaliyyət göstərən yerli “Virchow Biotech” şirkəti ötən həftələrdə Rusiyanın Birbaşa İnvestisiya Fondu ilə istehsal sövdələşməsi imzalayıb. Sənəddə il ərzində 200 milyon dozada “Sputnik V” peyvəndi hazırlamaq nəzərdə tutulur.
Birbaşa İnvestisiya Fondu – Rusiyanın suveren sərmayə təşkilatıdır.
İstehsalçılar ötən ilin payızında bir müddət Çində məhdud sayda hazırlanan biotexnologiya avadanlığını əldə etməkdə çətinlik yaşadıqlarına görə Rusiya peyvəndinin istehsal səviyyəsi aşağı enmişdi.
Bugünlərdə Rusiya prezidenti Vladimir Putin bildirib ki, ötən ilin avqustundan, yəni vaksin təsdiqləndiyi vaxtdan bəri ölkədə 8,9 milyon insanın peyvəndlənməsinə kifayət edəcək həcmdə “Sputnik V” peyvəndi təqdim olunub.
Martın 29-da Rusiyanın sənaye naziri hər ay bu göstəricinin iki dəfəyə qədər artırılacağına ümid etdiyini vurğulayıb.
Rusiyanın vaksinasiya kampaniyası bu yöndə Avropanın əksər ölkələrindən və ABŞ-dan ciddi şəkildə geri qalır.
Rusiya öz əhalisinin 4,4 faizinə peyvəndin birinci dozasını vura bilib. Avropa İttifaqı ölkələrində bu göstərici 10 faiz, ABŞ-da isə 26 faiz təşkil edir.
Prezident Vladimir Putin peyvənd olunandan sonra Kreml ilk dəfə təsdiqlədi ki, prezidentin peyvəndlənməsinin təxirə salınmasında vaksin çatışmazlığı mühüm rol oynayıb. Bildirildi ki, prezidentin peyvənd olunmağı təxirə salması qərarının arxasında paytaxtda və ölkənin digər yerlərində kifayət edəcək dozada peyvənd ehtiyatı yığılana qədər peyvəndlənməyə olan tələbatın stimullaşdırılmasının qarşısını almaq məqsədi dayanıb.
Prezidentin sözçüsü Dmitri Peskov vurğuladı ki, Putin Rusiya qanunvericiliyinə əsasən yaşına görə peyvəndləməyə uyğun hesab olunanda regionlarda peyvəndə olan tələbatı tam şəkildə ödəmək üçün peyvənd istehsalı lazımi səviyyədə deyildi.
Rusiyaya idxal olunan peyvəndlərin ölkədəki vaksin çatışmazlığının aradan qaldırılmasında, vaksinasiya kampaniyasının sürətlənməsində və insanların həyatının xilas olunmasında necə rol oynayıb-oynamayacağı hələlik bəlli deyil.
Amma bir şey dəqiqdir: bu durum peyvənd geosiyasəti üzrə iyerarxiyada Rusiyanın sadəcə ixracatçı kimi deyil, həm də idxalçı kimi mövqeyini zəiflədir.
Buna baxmayaraq rusiyalı rəsmilər yerli peyvənd ixracatını xüsusi qabardırlar. “Sputnik V”in veb-saytında onun “bütün bəşəriyyət üçün bir peyvənd” olduğu vurğulanır. Hökumətyönlü media bugünlərdə xarici ölkələrə on minlərlə və ya yüz minlərlə kiçik dozalı vaksinlərin göndərildiyini işıqlandırıb.
20-dən çox ölkə Rusiyanın təqdim etdiyi kiçik dozalarla peyvəndləməyə start verib. Buraya Argentina, Macarıstan, Boliviya, Əlcəzair, Paraqvay və digər ölkələr daxildir. Rusiya rəsmiləri xarici ölkələrdə “Sputnik V” peyvəndinə olan tələbatın ölkə kənarındakı istehsal hesabına təmin ediləcəyini dilə gətiriblər.
Ancaq istehsal potensialına malik ölkələrdə peyvənd millətçiliyinin getdikcə artacağı gözlənilir.
Ötən həftələrdə yayılan məlumatlara görə, peyvənd ticarətində istehsal vasitələrinə nəzarət prosesi artıq onun idxalı haqqında müqavilələrdən və vaksin hazırlamaq hüququndan daha böyük əhəmiyyət daşıyır.
Peyvənd istehsalı üzrə lider dövlətlərdən bir olan Hindistan ölkədə koronavirusa yoluxanların sayının artması fonunda “Hindistan Serum” özəl institutunun ixrac məqsədilə istehsal etdiyi 2,4 milyon dozaya qədər peyvəndin ixracını dayandırıb.
Avropa İttifaqı da peyvəndin ixracını məhdudlaşdırmaq üçün qanunvericiliyə dəyişiklik irəli sürüb. Bu dəyişiklik Oksford Universitetində ixtira edilmiş “AstraZeneca” peyvəndinin ittifaqa daxil olan istehsalçı şirkətlərdən Britaniyaya idxalını məhdudlaşdıra bilər.
Fransa prezidenti Emmanuel Makron bunu əsas istehsal potensialı olan, ancaq birliyə üzv ölkələrdə yoluxma sayının sürətlə artdığına baxmayaraq peyvəndin çoxunu digər ölkələrə ixrac edən Avropa İttifaqı üçün “sadəlövhlüyün sonu” adlandırıb.
Həm ABŞ, həm də Böyük Britaniya özlərinin kəşf etdiyi, amma xaricdə hazırlanmış peyvəndlər idxal ediblər. Eyni zamanda ABŞ yerli istehsal olan peyvədlərin bəzi ölkələrə ixrac olunmasına qadağa qoyub.
Rusiya peyvəndləmə üçün yaş kateqoriyasını genişləndirdiyinə görə ötən ilin sonunda Cənubi Koreyada istehsal olunan “Sputnik V” peyvəndini ölkəyə idxal edib.
Vaksin dozaları Cənubi Koreyanın “Asiana Airlines” aviaşirkətinə məxsus iki yük təyyarəsində ölkəyə gətirilib. Bununla bağlı məlumat aviaşirkətin soyuducularda daşınma xidmətini reklam edən bəyanatında əks olunub.
Cənubi Koreyanın “GL Rapha” şirkəti məxfilik razılaşmasının şərtlərini əsas gətirərək gətirilən peyvənd partiyaları haqqında heç bir məlumat verə bilməyəcəyini deyib.
Şirkət cari ildə 150 milyon dozada “Sputnik V” peyvəndinin istehsalını planlaşdırdığını bildirir.
Rusiyanın Birbaşa İnvestisiya Fondu ölkəyə peyvənd idxalı barədə sualları cavabsız qoyur.
Bölməyə aid digər xəbərlər

Dünən, 22:53
Qubada güclü sel körpünü dağıdıb
Dünən, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
Dünən, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
Dünən, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
Dünən, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz
5-09-2025, 18:42
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib
5-09-2025, 17:30
Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsi həvalə olunub
5-09-2025, 17:07
Əli Əsədov qərar imzalayıb
5-09-2025, 16:58
Qadını maşınla vuran sürücü döyülüb
5-09-2025, 16:41
Bakıda evlərə girən qadın saxlanııb - Video
5-09-2025, 13:36
Sabah hava necə olacaq? - Proqnoz
5-09-2025, 12:37
Füzulidə yanğın törədən şəxs tutulub
5-09-2025, 12:33
İçərişəhərdə yeni Xidmət Mərkəzi fəaliyyətə başlayıb
5-09-2025, 11:32
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə nəticələri açıqlanıb