Oğuzun meşəlik ərazisində yanğın başlayıb
Tarix: 05-04-2021 17:27 | Bölmə: Cəmiyyət
Oğuzun meşəlik ərazisində yanğın başlayıb

Oğuz rayonun meşəlik ərazisində yanğın başlayıb.

Məlumata görə, yanğın bu gün günorta saatlarında rayonun Xaçmaz və Mollalı kəndləri yaxınlığında, dağətəyi ərazidə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Məlumata görə, yanğın hələ də davam edir/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq