23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
Sülhməramlılar Qarabağda 1900 hektar ərazini minalardan təmizləyib
Tarix: 06-04-2021 00:13 | Bölmə: Cəmiyyət
Sülhməramlılar Qarabağda 1900 hektar ərazini minalardan təmizləyib

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingenti Xankəndi şəhərindən Vəng və Yuxarı Veysəllidəki monastırlara gələn zəvvarları yenidən müşayiət ediblər. Reyting.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı sülhməramlı kontingentinin fəaliyyəti barədə son bülletenində bildirilib.

Bülletendə sülhməramlıları kontingentin vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin etdiyi də qeyd olunur.

Məlumata görə, Humanitar Minalardan Təmizləmə Mərkəzinin qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi işlərini davam etdirirlər. Ümumilikdə, 23 Noyabr 2020-ci ildən bəri 1900 hektar ərazi, 583 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1658 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 404 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Bütün təmas xəttində atəşkəsin müşahidə olunduğu bildirilir.

Nazirlik bəyan edir ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.




Bölməyə aid digər xəbərlər