İmişlidə evində nişan məclisi təşkil edən şəxs cərimələnib
Tarix: 06-04-2021 10:26 | Bölmə: Cəmiyyət
İmişlidə evində nişan məclisi təşkil edən şəxs cərimələnib

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Göbəktala kənd sakini Rövşən Məmmədov yaşadığı evin həyətində qonaqların iştirakı ilə öz övladına nişan məclisi təşkil etdiyi müəyyən edilib.

R. Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq