Ucarda ağır qəza: 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb - Fotolar
Tarix: 09-07-2021 08:44 | Bölmə: Cəmiyyət / Xəbərlər
Ucarda ağır qəza: 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes Vito" markalı mikroavtobusla "Howo" markalı yük maşınının toqquşması nəticəsində 3 nəfər - Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Eyvaz İbrahim oğlu İbrahimov, Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. E. İbrahimovun xəsarətləri ağır olduğundan o, xəstəxanada dünyasını dəyişib. Hürü isə Göyçay Rayon Xəstəxanasına aparılıb.

Qeyd edək ki, şəxsiyyətləri hələlik müəyyən edilməyən daha 4 nəfər hadisə yerində dünyasını dəyişib.

Yol qəzasının təfərrüatları araşdırılır.










Bölməyə aid digər xəbərlər