Ticarət mərkəzindəki yanğında ölənlərin sayı 53 nəfərə çatıb - 70 nəfər itkin düşüb
Tarix: 26-03-2018 11:22 | Bölmə: Cəmiyyət
Ticarət mərkəzindəki yanğında ölənlərin sayı 53 nəfərə çatıb

Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində güclü yanğın baş verib. İlkin məlumata görə, yanğında ölənlərin sayı 53 nəfərə çatıb.

İndiyədək 43 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə zamanı təxminən 70-ə yaxın insanın itkin düşdüyü bildirilir. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Kemerovo vilayəti qubernatorunun müavini Vladimir Çernov bildirib ki, yanğın zamanı həlak olanların tanınmasına səhər saatlarından başlanılacaq.

Yanğının ticarət mərkəzinin 4-cü mərtəbəsində kino zallarının birində baş verdiyi bildirilir.

Xatırladaq ki, "Qış albalısı" ticarət mərkəzi 2013-cü ildə istifadəyə verilib. Ticarət mərkəzinin ümumi sahəsi 23 min kvadratmetrdir. Burada 250 avtomobil üçün dayanacaq, mağazalar, boulinq, uşaq mərkəzi və kinoteatrlar fəaliyyət göstərir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycanın Rusiyadakı Səfirliyinə verilən ilkin məlumata görə, ticarət mərkəzində yanğında ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Ticarət mərkəzindəki yanğında ölənlərin sayı 53 nəfərə çatıb
Ticarət mərkəzindəki yanğında ölənlərin sayı 53 nəfərə çatıb
Ticarət mərkəzindəki yanğında ölənlərin sayı 53 nəfərə çatıb




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}