Laksın “ölməz hüceyrə” işində razılaşma: 50 milyon ton hüceyrə istehsal oluna bilər
Tarix: 03-08-2023 12:40 | Bölmə: Dünya
Laksın “ölməz hüceyrə” işində razılaşma: 50 milyon ton hüceyrə istehsal oluna bilər

ABŞ-da uşaqlıq boynu xərçəngi əməliyyatı zamanı hüceyrələri icazəsiz alınan və 10 il tibbi araşdırmalarda istifadə edilən Henrietta Laksın ailəsinin laboratoriya avadanlığı istehsalçısı olan Thermo Fişerə qarşı qaldırdığı iddia üzrə razılıq əldə edilib.

Reyting.az
xəbər verir ki, razılaşma müqaviləsinin şərtləri məxfi saxlanılıb.

Qeyd edək ki, 1951-ci ildə vəfat edən Laksın hüceyrələri xəstənin razılığı olmadan götürülüb. Bu, qeyri-qanuni olmadığı bir vaxtda baş versə də, ailə 2021-ci ildə şirkətin Laksın hüceyrələrini ədalətsiz şəkildə zənginləşdirdiyini iddia edərək məhkəməyə müraciət ünvanlayıb.

“HeLa” adlanan Laks hüceyrələrinin laboratoriya şəraitində yaşaya bilən və sonsuza qədər istehsal edilən ilk hüceyrə xətti olduğu üçün açılan iddia “ölümsüz hüceyrə davası” kimi tanınırdı.

Poliomielit, COVİD-19 araşdırmasından radiasiyanın insan hüceyrələrinə təsirinə qədər bir çox tibbi araşdırmada istifadə edilən Laks hüceyrələrindən 50 milyon ton hüceyrə istehsal oluna biləcəyi təxmin edilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər