12:12 / 21-05-2024
Sabah yağış yağacaq
11:26 / 21-05-2024
Rəisinin varisi kimdir?
Politoloqdan yeni iddia: “Putin payızdan sağ çıxmayacaq”
Tarix: 12-09-2023 13:14 | Bölmə: Dünya
Politoloqdan yeni iddia: “Putin payızdan sağ çıxmayacaq”

Rusiya prezidenti Vladimir Putin tezliklə vəfat edəcək. Reyting.az xəbər verir ki, belə iddia ilə politoloq Valeri Solovey çıxış edib.

Onun iddiasına görə, Putin payızın sonuna qədər dünyasını dəyişə bilər.

Solovey qeyd edib ki, Putinin ölümü ilə bağlı rəsmi məlumatlar əvvəlcə gizlədiləcək: “Amma biz bunu öyrənəcəyik, çünki həm Rusiyadan kənarda, həm də Rusiyanın özündə maraqlı tərəflər həddən artıq çoxdur ki, bu məlumat ictimaiyyətə məlum olsun. Hesab edirəm ki, bu, payızın sonuna qədər baş verəcək”.

Məlumat üçün qeyd edək ki, ayrı-ayrı KİV-lər dəfələrlə Rusiya liderinin müxtəlif xəstəliklərdən, o cümlədən xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildiriblər. Kreml isə bunu təkzib edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}