20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Moldovanın Aİ-yə neytral statusda üzv olmasına icazə verilir
Tarix: 18-09-2023 18:28 | Bölmə: Dünya
Moldovanın Aİ-yə neytral statusda üzv olmasına icazə verilir

Mərkəzi-Şərqi Avropanın digər dövlətlərinin Şimali Atlantika Alyansına inteqrasiya etməsinə baxmayaraq, Moldova neytrallığını qoruyaraq Avropa İttifaqına (Aİ) üzv ola bilər.

Reyting.az
xəbər verir ki, bunu Moldovanın “NewsMaker” portalına müsahibəsində NATO baş katibinin müavini Mirça Coan deyib.

Coan xatırladıb ki, son vaxtlara qədər Avropa İttifaqında neytrallıqdan imtina etmədən üzv qəbul olunan ən azı iki dövlət nümunəsi var idi - İsveç və Finlandiya (onlar Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü fonunda NATO-ya qoşulur).

"Rumıniyalı olaraq mən də əvvəlcə NATO-ya, sonra isə Aİ-yə üzv olmaq üçün çalışmışam. Amma deyərdim ki, regionda yeni geosiyasi kontekstdə neytral Moldovanın NATO-ya daxil olmadan Aİ-nin üzvü olması tamamilə mümkündür və bu, bizim bu gün üzərində işlədiyimiz əsas ssenaridir”, - NATO rəsmisi bildirib.

O əlavə edib ki, Alyans üzvləri Kişinyovun Avropa yolunu dəstəkləyir, dəstəkləyəcəklər və neytrallıqdan imtina etmək və ya onu saxlamaq qərarı moldovalıların özləri tərəfindən verilməlidir.

"Moldovanın neytrallıq statusunun saxlanılması ilə bağlı müzakirələrə NATO başlamadı. Bu, Ukraynadakı müharibənin nəticəsi idi... Moldova ilə NATO arasında tərəfdaşlığın intensivliyi və istiqaməti müstəsna olaraq Kişinyov tərəfindən diktə olunur”, - deyə Coan yekunlaşdırıb.

Bildiyiniz kimi, neytral Moldova NATO-nun üzvü deyil, sadəcə, Alyansla əməkdaşlıq edir. Moldova rəsmiləri ölkənin Aİ-yə daxil olmasını dövlətin təhlükəsizliyinin təmini sayır və son vaxtlar neytral statusun Moldovanı qorumaq üçün yetərli olmadığını bildirirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər